Müstəmləkəçilər xalqı öz istedadlarından qafil etmək istəyirlər

Qafqaztimes xəbər verir ki, bir qrup gənc elita və yüksək elmi istedadlar çərşənbə günü səhər İmam Xomeyni hüseyniyyəsində İslam İnqilabının Ali Rəhbəri Ayətullah Xamenei ilə görüşüblər.

İnqilabın Ali Rəhbərinin bu toplantıdakı çıxışlarının əsas məqamları aşağıdakılardır:

-Elita ilahi nemətdir. İlahi nemətlərə şükür edilməlidir. İlk ağlınıza gələn məsələ bu nemətə görə şükür etmək olsun.

-Elitanı elita edən təkcə əqli istedad və qabiliyyət deyil. Nə çox istedadlılar vardır ki, onların da zehni qabiliyyəti vardır və amma bu boşa gedir. Heç ortaya çıxmır və ya düzgün istifadə olunmur və nəticədə elitaya çevrilmir.

-Elitanı elita edən, zehni istedad və qabiliyyətdən əlavə, bu həqiqətin və bu nemətin qiymətləndirilməsidir. Bunun qədrini bilmək və bunun əsasında iş və, səy göstərmək lazımdır.

-Ölkəmiz əqli istedada görə dünya orta göstəricisindən yüksəkdir, bu iddia deyil, bu sübut olunub və birmənalı şəkildə ölkəmiz potensial elitadir.

-Müstəmləkəçilərin istər bu gün, istərsə də həmişə apardığı yumşaq müharibənin mühüm bir hissəsi milləti – istər bizim millət olsun və ya istedada malik olan hər hansı bir xalqı öz istedadlarından qafil etməkdir. Xalqı öz istedadlarına qarşı etinasız edirlər, hətta onu elə vəziyyətə qoyurlar ki, özü də bu istedadı inkar edir.

Related posts

Rusiya və ABŞ arasında oyunun sonu

Qəzza Qəssabı dünyanı xilas edəcək?

Sionist rejimin Suriyanın qərbində və mərkəzindəki hərbi mərkəzlərə hücumları