ABŞ konqresinin müsəlman qadın konqresmeni prezident Donald Trampın Qəzzə zolağının nəzarətə alınması ideyasını çox gülünc olduğunu deyib.
Qafqaztimesin xarici KİV-lərə istinadən verdiyi məlumata əsasən, İlya Ömər dünən axşam (13 fevral) deyib: Bu ideya sadəcə Fələstin xalqının soyqırımını davam etdirmək və irqçilik siyasətindən irəli gəlir.
İlya Ömər əlavə edib: Trampın bu axmaqcasına yürütmək istədiyi ideya dünyanın heç bir yerində dəstəklənmir. Mən Qəzzə xalqının öz ana vətənlərində qalmaq istədiyinə əminəm.
Qeyd edək ki, bundan əvvəl 5 ərəb ölkəsi və Fələstin Özünüidaərə Təşkilatının yüksək rütbəli rəsmisi ABŞ dövlətinə prezident Trampın Qəzzə əhalisinin Misirə deportasiya edilməsinə müxalif olmadıqları barədə müştərək məktub yazmışdı.