Müqtəda Sədrin sionist rejimlə münasibətlərin normallaşmasına qarşı layihəsi

QafqazTimes xəbər verir ki, İraqın Sədr fraksiyasının lideri Müqtəda Əs-Sədr şənbə günü sionist rejimlə münasibətlərin normallaşmasına qarşı mübarizə aparmaq üçün parlament seçkilərində iştirak etdiyini bildirib.

Əl-Sədr tvitter hesabında yazıb ki, onun seçkilərdə iştirakına səbəb olan ən mühüm amillərdən biri İsraillə münasibətlərin normallaşdırılması məsələsi və sionist rejimin İraq üzərində hökmranlıq maraqları ilə mübarizədir.

O, vurğulayıb ki, Sədr qruplaşması İraqdakı müttəfiqləri ilə birlikdə tezliklə normallaşma və sionist rejimlə əlaqələrin əleyhinə layihə təklif edəcəkdir.

Əl-Sədr həmçinin bildirib ki, bu qanun layihəsini İraq parlamentində səsverməyə çıxaracaq.

Sədr hərəkatının lideri ötən cümə axşamı Əfqanıstandakı terror partlayışlarına reaksiya olaraq vurğulayıb ki, İŞİD-in sionistlərlə ortaq cəhətləri var.

Əs-Sədr tvitter hesabında yazıb: “Sionistlər və İŞİD terrorçuları və onlara mənsub olanlar, eləcə də mötədil İslam dini ilə düşmənçilik edənlər arasında ortaq çirkin xüsusiyyət müqəddəs Ramazan ayında haqqa açıq-aşkar düşmənçilik elan etməkdir.”

O, əlavə edib: “Sionistlər açıq-aşkar Qüdslə düşmənçilik edir, İŞİD üzvləri isə Əmirəlmöminin Əlinin (ə) şiələrinə məxsus məscidlərlə düşmənçilik edirlər və onlar bu işdə sionist rejimdən və Əməvilərdən örnək götürüblər.”

Related posts

Sənanı sındırmaq: ABŞ-İsrailin Yəmənə qarşı kiber müharibəsi

Lavrov Suriya prezidentini Rusiya–Ərəb sammitində iştirak etməyə dəvət edib

“Müharibəyə görə kompensasiya və təhlükəsizlik zəmanətləri”: İran ABŞ-la nüvə danışıqları üçün şərtlər qoyur