QafqazTimes xəbər verir ki, İraqdakı Sədr fraksiyasının lideri Müqtəda əs-Sədr Ankaranın Kürdüstan Fəhlə Partiyası (PKK) əleyhinə mübarizə bəhanəsi ilə İraqda yeni hərbi əməliyyata başlamasına reaksiya verib.
O, 18 aprel (bazar ertəsi) Türkiyənin İraq torpaqlarında “Operation Lock” adlı əməliyyatına reaksiya olaraq öz Twitter səhifəsində Bağdadın Türkiyə tərəfindən dəfələrlə bombalanacağı təqdirdə İraqın səssiz qalmayacağını bildirib.
Əs-Sədr əlavə edib: “Qonşu Türkiyə heç bir bəhanə olmadan İraq ərazisini bombaladı. Əgər İraq ərazisindən təhlükə varsa, o, bununla mübarizə aparmaq üçün İraq hökuməti ilə həmkarlıq etməli idi, çünki İraq təhlükəsizlik qüvvələri bu təhlükə ilə mübarizə aparmaq potensialına malikdir.
O, həmçinin əlavə edib: “Türkiyə bunu təkrar edərsə, biz susmayacağıq, çünki İraq tam suverenliyə malik bir ölkədir və İraq öz təhlükəsizlinin pozulması ilə yanaşı, dost və qardaş qonşu dövlətlərin ərazisinə müdaxilə ilə də barışmayacaqdır.”