Müqtəda əs-Sədr İsveç səfirinə etiraz edilməsini istəyib

QafqazTimes xəbər verir ki, İraqdakı Sədr fraksiyasının lideri Müqtəda əs-Sədr şənbə günü (16 aprel) keçən cümə axşamı Quranın yandırılacağı planlaşdırılan İsveçin Linkopinq şəhərində keçirilən aksiyaya reaksiya verərək, bu ölkənin Bağdaddakı səfirinə etiraz bildirilməyini tələb edib.

Shafaq News-un məlumatına görə, o, bəyanat yayaraq deyib: “Quran ayı ərzində müsəlmanların çox olduğu bir Avropa ölkəsində Quran yandırılır. Niyə müsəlmanların hisslərinə toxunan bu işlər görülür?”

Əs-Sədr həmçinin deyib: “Əgər siz Allaha və Onun şəriətinə inanmırsınızsa, bu sizə Quranı nə olursa olsun yandırmağa haqq vermir. Bu aksiya müqəddəs Qüdsə hücumla eyni vaxta düşdü. Əgər məzlum zalımın əleyhinə qiyam edərsə, Qüdsün günahı nədir?”

Sədr fraksiyasının lideri İraq Xarici İşlər Nazirliyindən İsveç səfirini bu terror cinayətinin və dinlər arasında təfriqə yaratmaq məqsədi daşıyan bu fitnənin həqiqətini aydınlaşdırmaq üçün çağırılmasını tələb edib.

O, həmçinin qeyd edib ki, İŞİD ekstremizmi İslamı, ateist ekstremizmi isə Avropanı təmsil etmir.

Related posts

Qırmızı dənizdə Amerika qırıcısı səhvən vuruldu

Ayətullah Xamenei: İslam Respublikasının təmsilçi qüvvəyə ehtiyacı yoxdur

Demo+terror+kratiya