Müqavimətin təhdidləri cavab verdi / Sionist rejimi “Bayraq yürüşünü” ləğv etdi

Qafqaztimes xarici KİV-ə istinadən xəbər verir ki, sionist mediaları, rejim polisinin, cümə axşamı günü Qüdsdə və Məscidül-Əqsada sionist sakinlər tərəfindən keçirilməli olan “bayraq yürüşünü” ləğv etmək qərarına gəldiyini bildirmişlər.

Sionist qəzet “Yedioth Ahronoth”un verdiyi məlumata görə, İsrail Polis Baş Müfəttişi bayraq mitinqinin təşkilatçılarına mitinqi ləğv etmələrini göstəriş verib.

Dini Sionist partiyanın lideri bu barədə deyib: “Bu yürüşün ləğvi Həmasın təhdidlərinə təslim olmaq deməkdir.”

Sionist rejimin bu qərarına reaksiya olaraq, Fələstin İslami Müqavimət Hərəkatı HƏMAS belə deyib: “İşğal altında olan Qüdsdəki sionistlərin bayraq yürüşünün ləğvi düşmən üçün bir məğlubiyyət və Qüdsün qırmızı xətt olmasının qəbul olunmasıdır.”

Related posts

Pezeşkian Azərbaycan xalqına başsağlığı verdi

Qərbin “qadın azadlığı” şüarı səmimi deyil

İsrail generalı: İsrail ordusu Qəzzəyə nəzarət edə bilmir/Həmas yeni 3000 gənc döyüşçü cəlb edib