Müqavimət: Terror bizi sarsıltmayacaq

Müqavimət: Terror bizi sarsıltmayacaq

İordan çayının qərb sahili Cenində yerləşən müqavimət qrupları sionist rejimin planlaşdırdığı terror aktlarının heç vaxt onlara zərrə qədər zərbə vura bilməyəcəyini, döyüşçülərinin iradəsinə mənfi təsir göstərməyəcəyini vurğulayıb.

Təsnim İnformasiya Agentliyinin məlumatına əsasən, Həmasın Sərayal Qüds hərbi qanadı olan Cenin müqavimət dəstələri bu gün (20 iyun) elan edib: Sionist rejimin terror cinayətlərinin bizim iradəli döyüşçülərimizə təsiri olmayacaq və biz onları öz məqsədlərinə çatmağa icazə verməyəcəyik.

Cenin müqavimət dəstələri həmçinin İordan çayı qərb sahilində terror aktında bir neçə fələstinlinin şəhid olmasına verdiyi reaksiya bəyanatında deyib: Terrorlar bizim iradəmisi sarsıltmayacaq.

Qeyd edək ki, bu gün (21 iyun) sionist rejim hərbçiləri Qilqiliyyə bölgəsində müqavimət qruplarının 3 nəfərini şəhid edib. Əlbəttə sionistlər bu terrorda Fələstin komandirlərindən birini şəhid etdiklərini iddia etsələr də, bu xəbər müqavimət tərəfindən təkzib olunub.

Related posts

Qəzza onun kompası kimi, Yəmən dəniz müharibəsinin qaydalarını yenidən yazır

Sənanı sındırmaq: ABŞ-İsrailin Yəmənə qarşı kiber müharibəsi

“Müharibəyə görə kompensasiya və təhlükəsizlik zəmanətləri”: İran ABŞ-la nüvə danışıqları üçün şərtlər qoyur