QafqazTimes xəbər verir ki, Əl-Əhd xəbər saytının məlumatına görə, Şəhid İzzeddin Əl-Qəssam batalyonları Qəzzada HƏMAS hərəkatının yaranmasının 35-ci ildönümü münasibətilə keçirilən möhtəşəm tədbirdə Hedar Qoldenin silahını nümayiş etdirib.
Əl-Qəssam batalyonları Hedar Qoldenin silahın nümayişi ilə eyni vaxtda belə elan edib: “01.08.2014 tarixi sionist düşmən ordusunun öz zabiti Hedar Qolden ilə əlaqənin kəsilməsindən ümidini üzməsinin təsviridir.”
HƏMAS-ın hərbi qolu həmçinin elan edib: “Bu zabitin (42852351) nömrəli silahı sionist ordusunun məyusluğuna və bu mühüm işdə mücahidlərimizin əks kəşfiyyat gücünə bir nişanə olaraq Əl-Qəssam mücahidləri tərəfindən ələ keçirilib.”
Qeyd edək ki, Əl-Qəssam batalyonları 2014-cü ildə İsrailin Qəzzaya hücumundan bəri dörd İsrail hərbçisini; Abraham Menqestonu, Hişam Əl-Seyyidi, Hedar Qoldeni və Şaul Aronu əsirlikdə saxlayır.
Sionist rejim dəfələrlə iki sionist əsir hərbiçisi Hedar Qolden və Şaul Aronun Qəzzada öldürüldüyünü və onların cəsədlərinin Əl-Qəssam batalyonlarının əlində olduğunu bəyan etmişdir.
HƏMAS-ın sözçüsü Fövzi Bərhum isə deyib: Sionist rejim rəhbərləri öz zəifliklərini və məhbus mübadiləsi işini idarə etməkdə acizliklərini ört-basdır etmək üçün “israillilərə” yalan danışırlar.
Şəhid İzzəddin Əl-Qəssam Briqadaları avqustun əvvəlində “Hökumətiniz yalan danışır” başlığı ilə Qəzzədə əsir götürülən iki İsrail hərbçisi Hedar Qolden və Şaul Aronun fotolarını dərc etmişdi.