Müqavimət Sedoruta raket hücumu etdi

Müqavimət Sedoruta raket hücumu etdi

Fələstin müqavimətinin Sedorut sionist qəsəbəsinə raket hücumu təhlükə siqnallarının işə düşməsinə səbəb olub.

Əl Aləm telekanalının məlumatına əsasən, Fələstin müqavimət dəstələri bu gün (6 iyul) Sedorut sionist qəsəbəsinə raket hücumu etdiyindən xəbər verib.

İsrail informasiya qaynaqları bu xəbəri təsdiqləyərək ötən sutka ərzində Qəzzə zolağında fələstinli müqavimət dəsətələrinin hücumlarında 20 sionistin yaralandığını elan edib.

Qeyd edək ki, Qəzzə müharibəsi başlandığı gündən sionist rejim 4086 hərbçisinin yaralandığını etiraf edib.

Həmçinin bu gün fələstinli müqavimət dəstələri Qəzzə zolağı RƏfəh şəhərini mərkəzinin cənubunda sionist rejimin bir hərbi buldozerini RPG D9 silahı ilə məhv etdiyini nümayiş etdirən videoyazılar yayımlayıb.

Related posts

Qəzza onun kompası kimi, Yəmən dəniz müharibəsinin qaydalarını yenidən yazır

Sənanı sındırmaq: ABŞ-İsrailin Yəmənə qarşı kiber müharibəsi

“Müharibəyə görə kompensasiya və təhlükəsizlik zəmanətləri”: İran ABŞ-la nüvə danışıqları üçün şərtlər qoyur