Netanyahu fələstinlilərə qarşı yeni müharibəsinə start verdi

Sionist rejim Fələstin Özünüidarə Təşkilatının Tel-Əviv əleyhinə beynəlxalq məhkəməyə müraciətinə reaksiya olaraq bu təşkilat barəsində tənbihetmə tədbirləri görəcəyini elan edib.

Əl-Aləm telekanalının məlumatına əsasən, işğalçı rejim nazirlər kabinetinin bu qərarı ilə fələstinlilər əleyhinə yeni müharibə dövrünə başlayarsa, onların maddi təminatı məsələsinə birbaşa  mənfi təsirlər göstərəcək.

Sionist rejim baş naziri Benyamin Netanyahunun ofisindən verilən informasiyalara görə, fələstinlilərin inşaat işləri üçün ayrılmış büdcənin şəhid ailələrinə xərcləndiyi üçün dayandırılaraq, həmin məbləğ israillilərə qənimət kimi ödənəcək. Nazirlər kabineti Özünüidarə Təşkilatının beynəlxalq məhkəməyə müraciətinin İsrail əleyhinə hüquqi-siyasi müharibənin başlanğıcı olması ilə əsaslandırıb.

Qeyd edək ki, ötən həftə  fələstinlilərin Beynəlxalq Ədalət Məhkəməsinə müraciətindən sonra BMT Baş Assambleyası İsrailin 55 il əvvəl Fələstin torpaqlarının işğalı barədə hüquqi nəticələrini tələb edib.

Sanksiya təhdidlərindən əvvəl isə İsrail milli təhlükəsizlik naziri İtamar Ben-Qvinin müqəddəs məkanlara hörmətsizliyi fələstinlilərdə böyük qəzəbə səbəb olmuşdu.

Related posts

İsrail xəstəxananı və həkimləri yandırdı – ətraflı

Ənsarullah: Yəmən xalqı Fələstinə dəstəyi dayandırmayacaq

Həmas: İsraillə yalnız yazılı razılaşma istəyirik