Müəllim dəftərə baxdı və şagirdləri döyməyə başladı (Video izlə)

Özbəkistanda müəllim uşaqlara fiziki güc tətbiq edib.

Bununla bağlı sosial şəbəkələrdə video yayılıb.

Kadrlardan aydın olur ki, ibtidai sinif müəlliməsi şagirdlərinin dəftərlərini yoxlayandan sonra əsəbiləşib və qız, ya oğlan fərq etmədən hamısının başına vurub.

Hadisə Buxara rəhbərliyinin diqqətini çəkib.

Görüntülər sosial şəbəkədə qəzəblə qarşılanıb.

“Kameranın olması yaxşıdır. Əks halda sübut etmək mümkün olmazdı”, “Həyasızlığı təəccübləndirir, hamının onu görəcəyindən qorxmur”, “Özü mövzunu izah edə bilməyib, uşaqlar günahkardır?” – deyə istifadəçilər narazılıqlarını bildiriblər.

Related posts

Aşura mərasiminin keçirilməsi üçün Kərbəlada 12 milyondan çox zəvvar iştirak edib

Türkiyənin şərqə yönəlmiş siyasəti Qərbin maraqlarına necə xidmət edir

Aşura Gününün Təhrif Edilməsi: 2025-ci ildə Yanlış Tarix, Mediada Sürü Psixologiyası və İmam Hüseynin Qiyamının Həqiqi Məğzi