Movritaniya xalqı Tel Əviv rejimi tərəfdarı səfirlərin ixracını tələb edir

Movritaniya xalqı Tel Əviv rejimi tərəfdarı səfirlərin ixracını tələb edir

Movritaniyalı gənclər etiraz aksiyası keçirərək dövlətin Qəzzə və Rəfəhdə sionist rejim cinayətlərinə cavab olaraq Tel Əviv tərəfdarı olan ölkə səfirlərinin ixrac edilməsini tələb ediblər.

Əl Aləm telekanalının məlumatına əsasən, “Movritaniyada sionist rejim nüfuzu ilə mübarizə tələbə təşkilatı”nın üzvü Yəhya Cəmil Mənsur bu gün (29 may) Qəzzədə soyqırımının əsas amili olan ABŞ səfirinin ölkədən çıxmasının zəruri olduğunu vurğulayıb.

Etiraz aksiyaçılarından olan Leyli Xəraşi deyib: Bəzi ərəb ölkə başçılarının Fələstin amallarını dəstəkləməməsi təəssüf doğurur. Halbuki fələstinli döyüşçülər islam ümməti şərafətinin qoruyucularıdır.

“Fələstin xalqına dəstək” cəmiyyətinin üzvü Səlim Seyyidi Məhəmməd isə Qərb tərəfdən sionist rejim cinayətlərinin nəzərə almayaraq Həmasın terrorçu qruplaşma adlandırılmasına reaksiyada bildirib: Qərbin bu mövqeyi utancvericidir. Amma biz movritaniyalılarla birlikdə ərəb ölkələri sionist rejimi sanksiya edərək Fələstin xalqına dəstək ola bilərik

Related posts

Almaniya: Cövlan təpələrinin işğalı beynəlxalq qanun pozuntusudur

Colani üçün 10 milyon dollarlıq mükafat öz qüvvəsindədir

ABŞ: Qəzzədə atəşkəs zəruridir