Mossadın Ərbildəki qərargahı terror yuvası olub

QafqazTimes xəbər verir ki, İraqın Diyala vilayəti üzrə Müsəlman Alimlər Birliyinin rəhbəri Cabbar əl-Məmuri Mossadın Ərbildəki qərargahı ilə bağlı hər gün mühüm və təhlükəli faktların üzə çıxdığını vurğulayıb.

Əl-Məmuri “Əl-Məlumə” xəbər saytına bildirib ki, qeyd edilən baza İraqın Həşdu Şabi komandirlərinə və İran İslam Respublikasının nüvə alimlərinə qarşı sui-qəsd üçün terror qrupları hazırlamaq məqsədilə istifadə edilib.

O vurğulayıb ki, Mossad qərargahının Ərbil və İraqın digər bölgələrində olması bütün İraq xalqını narahat edən məsələdir. Çünki bu qərargahlar İraqı dəhşətli burulğanlara salacaq və bunun ölkədə xaos yaratmaqdan başqa bir məqsədi yoxdur.

İraqlı rəsmi sonda belə əlavə edib: “Mossadın Ərbildəki qərargahı ilə bağlı ictimai rəyi işıqlandırılmalı və dərhal araşdırmalara başlanmalıdır. Çünki İraq konstitusiyası sionistlərin İraq torpaqlarında mövcudluğuna qarşıdır.”

Related posts

İran: ABŞ-la heç bir əlaqəmiz yoxdur

İran əleyhinə yeni qətnaməyə reaksiya

Netanyahunu görən olub? ))