QafqazTimes xəbər verir ki, sionist rejimin Mossad casusluq təşkilatı iki qadını bu təşkilatda iki həssas vəzifəyə təyin etdiyini açıqlayıb.
Bu hesabata görə, Mossad-ın açıqlamasında bildirilir ki, bu qurumun tarixində ilk dəfə olaraq qısaldılmış adı “K” olan qadın Mossad-da həssas vəzifəyə, yəni “İran Ofisi”nə təyin edilib.
Bu elanda qısaldılmış adı “A” olan daha bir qadın da mühüm vəzifəyə, yəni “İnformasiyanın toplanması və təhlili” informasiya orqanının rəhbəri təyin edilib.
Mossad elan edib ki, İran ofisinin rəhbəri “İran təhlükəsinin bütün aspektləri və təşkilatda əməliyyatlar, texnologiya və məlumatların İsrail ordusu və bütün təhlükəsizlik orqanları ilə inteqrasiyası komandanlığı” vəzifəsinə malikdir. O, Mossad-da ən yüksək, ən mühüm və ən nüfuzlu vəzifələrə sahib olanlardan biridir.
Bu açıqlamanın davamında bildirilir ki, xanım “A” iyirmi ilə yaxındır ki, Mossad Kəşfiyyat Əməliyyatları Mərkəzində işləyir. O, müxtəlif məsələlərdə, o cümlədən İranın nüvə proqramı, qlobal terrorizm, ərəb dünyası ilə münasibətlərin normallaşdırılması və bütün Mossad əməliyyatları ilə bağlı məlumatlarda daxili strateji kəşfiyyat imicinin yaradılmasına cavabdehdir və məlumatların toplanması və təhlil edilməsində yüzlərlə əməkdaşı idarə edir. Onun müavini də qısaldılmış adı “H” olan qadındır.
Bununla bağlı Mossad-ın rəhbəri David Barnia Kəşfiyyat Təşkilatının müavini vəzifəsinə “H” adlı daha bir qadının, İnsan resursları üzrə müavin vəzifəsinə isə “S” adlı qadının təyin edildiyini bildirib. Hazırda Mossadın əsas strukturunda dörd qadın mövcuddur.