Mossad rəhbərinin Dohaya səfəri nə üçün ləğv olundu?

Mossad rəhbərinin Dohaya səfəri nə üçün ləğv olundu?

Ötən bazar ertəsi günü Mossad rəhbərinin Dohaya səfərinin müvəqqəti ləğv olunma səbəbləri sionist medialarında öz əksini tapıb.

Əl Aləm telekanalının məlumatına əsasən, David Barniya ötən bazar günü Həmasla girov mübadiləsi və Qəzzədə atəşkəs zəminində müzakirələrin davamı üçün getməli olsa da, naməlum zamana qədər bu səfər ləğv olunub.

Yediut Aharanut qəzeti bu gün (7 yanvar) bu səfərin ləğv olunma səbəblərini açıqlayarkən yazır: Barniyanın səfəri ləğv olundu və hələ onun bu məqsədlə Dohaya gedib-getməməsi sual altındadır. Onu Dohaya aparacaq olan təyyarə hazır vəziyyətdə olsa da bu bu müzakirələrin gedişatına mane ola biləcək səbəblər üzündən də təxirə düşə və yaxud heç vaxt baş tuta bilməyəcəyi də mümkündür.

Aharanut adının gizli qalmasını istəyən bir mənbəyə istinadən yazır: Səfərin ləğvi bu müzakirələrin nəticə verə biləcəyi məsələsini də gündəmə gətirir. Ola bilsin ki, girov mübadiləsi və atəşkəs danışıqlarında problemlər meydana çıxıb.

Digər qaynaqlar yazır ki, Barniyanın Dohaya səfər edəcəyi təqdirdə belə müzakirələrdə müsbət nəticə əldə olunacağı da şübhə altındadır. Bəlkə də o, vəzifəsində çalışdığı son günlərini bu məsələ ilə tələf etmək istəmir. Bəlkə də girovların taleyi onlar üçün əhəmiyyət kəsb etmir, yaxud da işğal olunmuş torpaqlardan geri çəkilmək onalra ağır gəlir.

Related posts

İsrail: Biz hələ uzun illər Livanda qalacağıq

Həmas: Sionist rejimin təcavüzkarlıqlarına son qoyulsun!

Sionist rejimin cəmiyyəti böhranlı vəziyyətə çatdı

1 şərh

xnxxgratis.com Yanvar 9, 2025 - 9:43 səhər

Yoou coulld certainly see your expertise iin the work youu write.
Thhe wodld hopes foor egen mopre passiohate writesrs llike youu whoo aree not afraaid to mention how tthey believe.
Alll the timee followw your heart.

Add Comment