Qərb mediaları Mossad kəşfiyyat rəisinin İsrailin Səudiyyə Ərəbistanı ilə münasibətlərinin normallaşması zəminində danışıqlar üçün Amerikaya getdiyindən xəbər verirlər.
Təsnim İnformasiya Agentliyinin məlumatına əsasən, Exuss internet portalı Mossad kəşfiyyat idarəsinin rəisi David Barinanın Amerikaya gizlin səfər etdiyini yazıb.
Məlumata görə David Barina ABŞ prezidenti Co Baydenin Ərəbistanla münasibətlərin normallaşması barədə eksklüsiv planını müzakirə etmək üçün Vaşinqtona gedib.
Eyni zamanda sionist rejimin baş naziri Benyamin Netanyahu medialarda Səudiyyə Ərəbistanı ilə əlaqələrin normallaşmasından nigarançılığını bildirib.
“Washington Institute for Near East Policy” beyin mərkəzinin keçirdiyi sorğuda ərəb dünyasının təxminən 80 faizinin İsraillə normallaşmaya qarşı olduğu görünür. Buna görə də Səudiyyə Ərəbistanı ilə İsrail arasında normallaşma gündəmi ABŞ-nin təşviqi və təzyiqi ilə hazırlansa da, bu diplomatik prosesin qısa müddətdə reallaşmasının çətin olduğunu təxmin etmək olar.