Moskvada “Tayfun” planı elan edildi (Video izlə)

Rusiya paytaxtında polis dron hücumu ilə əlaqədar “Tayfun” planı elan edib. Bu, texnogen (“Tayfun-1”) və təbii (“Tayfun-2”) fövqəladə halların nəticələrinin aradan qaldırılmasında iştirak edən personala polis yardımının lazım olması deməkdir.

Plan kadrların toplanışını nəzərdə tutur.

Həmçinin, dronların hücumu ilə əlaqədar Moskvada peyk naviqasiya siqnalları söndürülüb. Taksi sürücüləri və sürücüləri GPS-in nasazlığından şikayətlənirlər.

Xatırladaq ki, dünən səhər saatlarında pilotsuz uçuş aparatlarının Moskvaya hücumu olub. Son məlumatlara görə, paytaxtda üç evə zərər dəyib. Əvvəlcə Novomoskovski dairəsində çoxmərtəbəli binada partlayış olub. Daha sonra Profsoyuznaya küçəsindəki yaşayış binasına çırpılan pilotsuz təyyarə 16-cı mərtəbədəki mənzilin pəncərəsinə dəyib. Daha sonra Lenin prospektindəki evə ziyan dəydiyi məlum olub.

Bundan əlavə, Rublyovka və Novaya Riqa üzərində pilotsuz uçuş aparatları məhv edilib.

Şəhərin tibbi xidmətlərindən verilən məlumata görə, hazırda PUA-ların çırpıldığı evlərin sakinlərindən heç biri ciddi xəsarət almayıb. İki nəfər həkimə müraciət edib. Heç kimin xəstəxanaya yerləşdirilməsinə ehtiyac olmayıb, yerindəcə lazımi köməklik göstərilib. Həmçinin, hadisə yerində təcili yardım xidmətləri və bir neçə təcili yardım briqadası işlərini davam etdirir.

Related posts

Aşura mərasiminin keçirilməsi üçün Kərbəlada 12 milyondan çox zəvvar iştirak edib

Türkiyənin şərqə yönəlmiş siyasəti Qərbin maraqlarına necə xidmət edir

Aşura Gününün Təhrif Edilməsi: 2025-ci ildə Yanlış Tarix, Mediada Sürü Psixologiyası və İmam Hüseynin Qiyamının Həqiqi Məğzi