Moskvada qatil ilə polis arasında atışma – VİDEO

Moskvanın qərbində baş verən atışmadan sonra axtarışda olan qatil həbs olunarkən polisə ən azı 15 atəş açıb.

Bu barədə Rusiya Daxili İşlər Nazirliyinin Baş İdarəsindən xəbər verilib.

Məlumata görə, cavab atəşi açılarkən qatil yaralanıb.

10:24

Moskvanın qərbində Fili-Davıdkovo ərazisində naməlum şəxs küçədə atəş açıb.

Məlumata görə, hadisə nəticəsində 34 yaşlı Konstantin Balışanski qətlə yetirilib. Hadisəni törədən şəxs cinayətdən sonra qaçıb. O, atəşi “Sayqa” tipli ov tüfəngindən açıb.

Qeyd edək ki, mərhum rabitə avadanlıqlarını icarəyə götürən paytaxt şirkətlərindən birində sistem administratoru işləyib.

Hazırda hadisə yerində təcili yardım maşını və polis əməkdaşları işləyir. Onlar qətlin baş verdiyini təsdiqləyiblər.

Related posts

Aşura mərasiminin keçirilməsi üçün Kərbəlada 12 milyondan çox zəvvar iştirak edib

Türkiyənin şərqə yönəlmiş siyasəti Qərbin maraqlarına necə xidmət edir

Aşura Gününün Təhrif Edilməsi: 2025-ci ildə Yanlış Tarix, Mediada Sürü Psixologiyası və İmam Hüseynin Qiyamının Həqiqi Məğzi