Moskvada bıçaqlı şəxs insanlara hücum edib: Yaralananlar var – ANBAAN VİDEO

Rusiyanın Moskva vilayətində bıçaqlı şəxs kompüter klubuna soxularaq insanlara hücum edib.

Müəssisəyə quraşdırılmış müşahidə kamerası baş verənləri qeydə alıb.

Kadrlardan görünür ki, əlində bıçaq tutmuş şəxs klubun girişində dayanan gənclərə hücum edir, onlardan birinə bir neçə bıçaq zərbəsi vurur. Xəsarət alan şəxs onun əlindən qaça bilir.

Sonra həmin şəxs müəssisənin içindəki insanlara hücum edir.

İlkin məlumatlara görə, hadisə nəticəsində üç nəfər yaralanıb.

Hücum edən şəxs saxlanılıb. Hazırda o dindirilir.

Related posts

Aşura mərasiminin keçirilməsi üçün Kərbəlada 12 milyondan çox zəvvar iştirak edib

Türkiyənin şərqə yönəlmiş siyasəti Qərbin maraqlarına necə xidmət edir

Aşura Gününün Təhrif Edilməsi: 2025-ci ildə Yanlış Tarix, Mediada Sürü Psixologiyası və İmam Hüseynin Qiyamının Həqiqi Məğzi