Moskvada 26 saat davam edən futbol matçı rekord qırdı – VİDEO

Moskvadakı (Rusiya) “Lujniki” Olimpiya İdman Kompleksinin meydançalarından birində futbol matçının müddətinə görə yeni rekord qeydə alınıb.

Şənbə günü Ümumrusiya Futbol Günündə başlayan “7×7” formatındakı oyun 26 saat sonra – bazar günü günorta saatlarında başa çatıb.

“Qırmızılar” “ağ-qaralar”ı 416:409 hesabı ilə məğlub ediblər.

Bundan əvvəlki rekord 24 saat olub və 2014-cü ildə Moskva yaxınlığındakı Luxovitsıda qeydə alınıb.

Digər bir rekord isə Rusiya millisinin sabiq kapitanı Aleksey Smertin tərəfindən müəyyən edilib. O, 26 saat meydanda olub və hər iki saatdan bir digər futbolçular kimi səkkiz dəqiqəlik texniki fasiləyə çıxıb.

Related posts

Aşura mərasiminin keçirilməsi üçün Kərbəlada 12 milyondan çox zəvvar iştirak edib

Türkiyənin şərqə yönəlmiş siyasəti Qərbin maraqlarına necə xidmət edir

Aşura Gününün Təhrif Edilməsi: 2025-ci ildə Yanlış Tarix, Mediada Sürü Psixologiyası və İmam Hüseynin Qiyamının Həqiqi Məğzi