Moskva: Təhlükəsizlik Şurasının Qəzzənin vəziyyəti barədə qətnaməsi dəyişməyəcək

Rusiyanın xarici işlər nazirliyi BMT Təhlükəsizlik Şurasının Qəzzə müharibəsinin dərhal dayandırılması barədə 2720 saylı qətnaməsi barədə elan edib: Qəzzədə bombardmanlar və hücumlar vəziyyətində heç bir humanitar yardım çatdırmaq imkanı yoxdur.

Fars İnformasiya Agentliyinin məlumatına əsasən, Rusiya XİN-i dünən axşam (25 dekabr) elan edib: BMT TŞ-nin qətnaməsi Qəzzənin humanitar vəziyyətində heç bir dəyişiklik etməyəcək.

Sputnikin yazdığına görə Rusiya 2720 saylı qətnamənin əleyhinə səs verməsinin səbəbi ərəb ölkələri və Fələstin nümayəndələrinin rəyinə əsaslanıb.

Rusiya XİN-i həmçinin hal-hazırda Fələstin-İsrail münaqişəsinin beynəlxalq hüquqi prinsiplər əsasında həlli və paytaxtı Şərqi Qüds olan müstəqil Fələstin dövlətinin yaradılması prosesində siyasi perspektivin canlandırılması üçün hərəkətə keməyin vacib olduğunu vurğulayıb.

Related posts

Qəzza onun kompası kimi, Yəmən dəniz müharibəsinin qaydalarını yenidən yazır

Sənanı sındırmaq: ABŞ-İsrailin Yəmənə qarşı kiber müharibəsi

Lavrov Suriya prezidentini Rusiya–Ərəb sammitində iştirak etməyə dəvət edib