Moskva sionist rejimin səfirinə etiraz etdi

Rusiya XİN mətbuat katibi İsrailin Moskvadakı səfirinə rusların Qəzzədən çıxarılması ilə əlaqədar qərarın şokedici olduğunu deyib.

Fars İnfromasiya Agentliyinin məlumatına əsasən, Mariya Zaxarova bu gün (9 noyabr) İsrailin Moskvadakı səfir Ben Zevinin rusların Qəzzədən çıxarılmasının 1-2 həftəyədək uzana bilmə ehtimalı barədə deyib: Bu söz eşidəndə şok olduq. Bu qəbuledilməzdir.

Zaxarova həmçinin rusların Qəzzədən çıxarılması üçün Moskvanın əlindən gələni əsirgəməyəcəyini vurğulayıb.

Qeyd edək ki, Ben Zevir Rusiya vətəndaşlarının Rəfəh keçidi ilə Qəzzədən çıxarılma prosesinin 1-2 həftə çəkmə ehtimalından danışıb və Misir tərəfi ilə gündəlik sadəcə 500-600 nəfərin çıxışına icazə verdiyini, hal-hazırda 7-8 min nəfərin növbədə olduğunu iddia edib.

Related posts

Trampın Yəmənlə bağlı paylaşdığı yalan görüntülər – video

Parlament katibini bahalı səfərə getdiyi üçün vəzifəsindən azad etdi

İngiltərə və İsrail arasında gərginlik