Moskva İran-Ərəbistan münasibətlərində vasitəçilik etməyə hazır olduğunu bildirib

QafqazTimes xəbər verir ki, Rusiya xarici işlər nazirinin müavini Mixail Buqdanov çərşənbə axşamı Moskvanın İran İslam Respublikası ilə Səudiyyə Ərəbistanı arasında vasitəçilik etməyə hazır olduğunu bildirib.

Rusiyanın “Ryanovski” xəbər agentliyinin məlumatına görə, Buqdanov İran İslam Respublikası və Səudiyyə Ərəbistanı rəsmiləri ilə əlaqə saxladığını açıqlayarkən deyib ki, Moskva problemin həlli üçün Ər-Riyad və Tehran arasında münasibətlərdə vasitəçilik etməyə hazırdır.

Rusiya xarici işlər nazirinin müavini əlavə edib ki, Moskva Səudiyyə Ərəbistanı və İranla təmasdadır və onlardan bütün fikir ayrılıqlarını dialoq yolu ilə həll etmələrini istəyir.

Sputnik xəbər agentliyinin bununla bağlı verdiyi xəbərə görə, Rusiya prezidentinin Qərbi Asiya və Afrika məsələləri üzrə xüsusi nümayəndəsi olan Buqdanov bu barədə jurnalistlərin suallarına cavab olaraq deyib: “Biz İran və Səudiyyə Ərəbistanındakı dostlarımızla əlaqə saxlayırıq. Biz hesab edirik ki, danışıqlar masası arxasında bütün ziddiyyətlər və anlaşılmazlıqlar konstruktiv dialoq yolu ilə həll edilməlidir.”

Bir çox ekspertlərin fikrincə, Səudiyyə Ərəbistanının neftlə zəngin Fars körfəzi və Oman dənizi regionu üzərində hökmranlığa nail ola bilməməsindən sonra Ali Səud İranı bu uğursuzluqların əsas səbəbkarı hesab edir və buna görə də İrana qarşı gizli və açıq müharibəyə başlayıb.

Related posts

Qırmızı dənizdə Amerika qırıcısı səhvən vuruldu

Ayətullah Xamenei: İslam Respublikasının təmsilçi qüvvəyə ehtiyacı yoxdur

Demo+terror+kratiya