Moskva III Dünya Müharibəsinin başlaması ilə bağlı xəbərdarlıq etdi

Qafqaztimes xəbər verir ki, Rusiyalı deputat deyib ki, Ukraynanın Qərbin dəstəyi ilə Rusiya ərazisində irəliləməsi vəziyyəti dünya müharibəsinə doğru sürükləyir.

Ukrayna qüvvələri avqustun 6-da Rusiyanın Kursk bölgəsini işğal edib və o vaxtdan bu yana davamlı şəkildə irəliləyir. Bu, Moskvanı bölgənin 200 min vətəndaşını təxliyə etməyə məcbur edib.

Rusiya parlamentinin deputatı “Mixail Şirimit” Rusiya xəbər agentliyinə deyib: “Rusiyanın mülki infrastrukturuna hücumda qərbin hərbi texnika, sursat və raketlərindən istifadə edilməsi və xarici qüvvələrin iştirakı ilə bağlı danılmaz sübut və sənədlər mövcuddur. Bu isə o deməkdir ki, dünya III Dünya Müharibəsinin astanasındadır.”

Şirimit qeyd edib ki, NATO üzvləri Ukraynaya Rusiya ərazisinə hücum etmək üçün yaşıl işıq yandırıblar. Lakin Amerika bu ittihamı rədd edib.

Putinin müavini Nikolay Patruşev “İzvestiya” qəzetinə müsahibəsində Qərbi bu hücumda iştirakda ittiham edərək, Kurska hücumun planlaşdırılmasında NATO və Qərbin casus agentliklərinin iştirak etdiyini bildirib.

Ukrayna və onun müttəfiqləri də iddia edirlər ki, Rusiya hərbi əməliyyatlarında Çin, İran və Şimali Koreyanın köməyinə malikdir.

Bundan əvvəl Şimali Koreya lideri Kim Çen In Rusiya ilə əməkdaşlığın gücləndirilməsini vurğulamış və Rusiyanın “sülh və ədalət uğrunda müqəddəs müharibədə” qalib gələcəyinə əmin olduğunu bildirmişdi.

Related posts

Qırmızı dənizdə Amerika qırıcısı səhvən vuruldu

Ayətullah Xamenei: İslam Respublikasının təmsilçi qüvvəyə ehtiyacı yoxdur

Demo+terror+kratiya