Moskva: Amerikanı məhv etmək üçün unikal silahlarımız var

Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev ölkəsini təhdid edəcək hər hansı bir ölkə, o cümlədən ABŞ-ı məhv edə biləcək unikal silahlarının mövcudluğundan xəbər verib.

Fars İnformasiya Agentliyinin məlumatına əsasən, Nikolay Patruşev “Rossiykaya qazeta”ya verdiyi müsahibədə xəbərdarlıq edərək deyib: Amerika siyasətçiləri öz reklamlarının toruna düşüb. Amma Rusiya çox səbirli olmaqla bərabər hərbi imkanları ilə heç kəsi qorxutmaq istəmir. Amma bununla belə Rusiyanın mövcudluğunu təhdid altına ala biləcək hər hansı bir gücü məhv etməyə qadirdir.

Petruşevin sözlərinə görə SSRİ-nin dağılmasından sonra səhvlərinin üzərində işləyib daxili sabitlik yaratmaq və xarici təhlükələr qarşısında müqavimət göstərmək potensialı olan Rusiya Amerika Birləşmiş Ştatlarını tamamilə məhv etməyə qadirdir.

Related posts

Qəzza onun kompası kimi, Yəmən dəniz müharibəsinin qaydalarını yenidən yazır

Sənanı sındırmaq: ABŞ-İsrailin Yəmənə qarşı kiber müharibəsi

Lavrov Suriya prezidentini Rusiya–Ərəb sammitində iştirak etməyə dəvət edib