Misir və İordaniya İsrailin regionda təhlükəsizlik yaratdığını vurğulayıb

Misir və İordaniya İsrailin regionda təhlükəsizlik yaratdığını vurğulayıb

Misir və İordaniya XİN-ləri birgə bəyanat yayaraq Qərbi Asiyada “siyasi terrorizm”i yayan İsrail rejiminin regionda gərginlik yaratdığını elan ediblər.

Təsnim İnformasiya Agentliyinin məlumatına əsasən, Misir və İordaniya XİN başçıları Bədr Əbdül Ati və İmən Əl Səfdi bir telefon danışığından sonra birgə bəyanat yayaraq BMT Təhlükəsizlik Şurasından işğalçı İsrail rejimini Qəzzə müharibəsini dayandırmağa məcbur etməsini istəyiblər.

Anadolu Agentliyinin məlumatına görə bu bəyanatda Qərbi Asiyada baş verən “siyasi terrorlar” pislənərək Qəzzə müharibəsinin və İordan çayı qərb sahillərindəki gərginliklərin region təhlükəsizliyinə xələl gətirdiyi və bu barədə beynəlxalq qurumların ciddi tədbir görməsi vurğulanıb.

Bəyanatda həmçinin mövcud şəraitdə gərginliklərin bütün məntəqəyə yayılacağı, genişmiqyaslı bir müharibə ilə nəticələnəyi qeyd edilib və bu prosesin dayandırılması üçün ilk növbədə Qəzzə müharibəsinin dərhal bitməsinin zəruri olduğu qeyd edilib.

Related posts

Senders: İsrailin bütün qanunları pozduğu göz qarşısındadır

Yəmən: Amerikanın “Abraham” təyyarədaşıyan gəmisini vurduq

National İnterest: İranın nüvə qüdrəti enilməzdir