Misir prezidenti: Fələstinli məcburi köçkünlərə yerimiz yoxdur

Misir prezidenti fələstinli məcburi köçkünləri qəbul etməyəcəyini deyib.

İRNA-nın məlumatına əsasən, Əbdül Fəttah Əl Sisi sionist rejimin fələstinlilərə hücumunun dərhal dayandırılmasını vurğulayaraq deyib: Misir məcburi köçkünlərin ölkəyə qəbul edilməsinə icazə verməyəcək.

Qeyd edək ki, bu gün (17 mart) Qahirədə Avropa və Misir rəsmilərinin birgə iclası keçirilib və Əbdül Fəttah Əl Sisi bu iclas çərçivəsində Avropa heyətinə başçılıq edən Ursula Fon der Layenla görüşündə Həmas-İsrail münaqişəsi barədə fikir mübadiləsi aparıb.

Xatırladaq ki, sionist rejimin Qəzza sakinlərinə qarşı qeyri-insani hərəkətlərinin şiddətlənməsi və onun ekspansionist niyyətləri Misirin çətin vəziyyətə düşməsinə səbəb olub.

Qahirə və Təl-Əviv münasibətləri son illərin ən pis vəziyyətini yaşayır və buna səbəb sionist rejimin Misir və Qəzza arasındakı ən mühüm sərhəd mehvərində oktyabr ayında başladığı kütləvi qırğınla müşayət olunan planlarıdır

Təl-Əviv “Filadelfiya” mehvərinə nəzarət etmək və ona hakim olmaq niyyətindədir və bu məsələ Misirlə münaqişəyə səbəb olub, xüsusilə ona görə ki, Qahirə bununla bağlı istənilən hərəkətə qəti şəkildə qarşı çıxır və onu özünün keçilməz qırmızı xətti hesab edir.

Related posts

BMT nümayəndəsi Suriyada azad seçkilər istəyir

Colani: Suriyadakı silahlı qruplar müdafiə nazirliyi ordusuna cəlb ediləcək

ABŞ İsraildən Fələstin Muxtar Respublikası ordusunu gücləndirməsini istəyib