Misir-İsrail əlaqələrində gərginlik: Sisi Netanyahunun telefonuna cavab vermədi

Misir-İsrail əlaqələrində gərginlik: Sisi Netanyahunun telefonuna cavab vermədi

Sionist rejim mediaları Misir prezidentinin İsrail baş nazirinin telefonuna cavab vemədiyindən xəbər verir.

İRNA-nın məlumatına əsasən, sionist medialar bu gün (27 oktyabr) yazıb: Son bir neçə həftədir ki, başda Benyamin Netanyahu olmaqla İsrail rəsmilərinin Qəzzənin işğalı və Filadelfiya dəhlizi barədə radikal çıxışları Qahirəni yaman qəzəbləndirib.

Yediut Aharanut qəzeti yazır: Əbdül Fəttah Əl Sisi ötən çərşənbə günü Netanyahunun telefonuna cavab vermədi. Əslində Netanyahunun telefonundan bir neçə saat əvvəl Əl Sisi Qəzzəyə humanitar yardımların çatdırılmasına Netanyahunun cığallıq etdiyini elan etmişdi.

Yediut Aharanut həmçinin əlavə edib: Netanyahu ilə Əl Sisi arasında son telefon söhbəti iyunun 6-da Məhəmməd Səlah adlı bir hərbçinin Misir-Fələstin sərhədində 3 sionist hərbçinin ölümü ilə nəticələnən hücumundan sonra baş tutmuşdu.

Related posts

Ayətullah Xamenei: Düşmənə İran millətinin və ölkə gənclərinin gücünü və iradəsini göstərmək lazımdır.

İsrail-Pentaqon regional məsələləri müzakirə etdi

Qrossi: İranın nüvə obyektləri İsrailin zərbəsi nəticəsində zərər görməyib