Misir mediaları Həmas-İsrail müzakirəsinin ilk gününün nəticəsiz olduğundan xəbər veriblər.
Əl Aləm telekanalının məlumatına əsasən, Əl Ərəbiyyəl Cədid internet portalı dünən gecə (4 may) Həmas-İsrail danışıqlarının bu günkü iclasının nəticəsiz olduğu barədə məlumat yayıb.
Məlumata görə müzakirələr bu gün (5 may) vasitəçilərin iştirakı ilə davam edəcək. Deyilənlərə görə, Həmasın cavab almaq istədiyi suallar olduğu üçün danışıqların davamı bu gün baş tutacaq.
Əl Ərəbiyyəl Cədidin qənaətinə görə İsrail rejiminin Qahirə danışıqlarında mənfi rəyinin heç bir nəticəsi yoxdur.
Əl Məyadin telekanalı isə İsrail rejiminin daimi atəşkəs rejimi ilə razılaşmadığı üçün müzakirələrin dalana dirəndiyini deyib. Amma Misir informasiya qaynaqları İsrailin Kan televiziyası ilə müsahibəsində sionist rejimin bu danışıqlara nikbin olduqlarını yazırlar.
Misir informasiya mənbələri bu müzakirələrin digərlərindən fərqli olduğunu, tərəflərin əsas məsələlərdə razılığa gəldiklərini, sadəcə geridə qalan bir neçə məsələnin həll olunacağından xəbər veriblər.