Minlərlə insanın ölümü ilə nəticələnən fəlakətin başlama anı – VİDEO

Sosial şəbəkələrdə Liviyanın Derna şəhərində minlərlə insanın ölümünə səbəb olan təbii fəlakətin başlama anı ilə bağlı kadrlar yayılıb.

Qeyd edək ki, şəhərin meri Əbdülmenam əl-Qaiti daşqında ölənlərin sayının 11,3 min nəfərə çatdığını, daha 20 mindən çox insanın itkin düşdüyünü bildirib. Ancaq o, bunların yekun rəqəmlər olmadığını vurğulayıb və dağılmış binalara əsaslanaraq, ölənlərin sayının azı 10 min nəfər arta biləcəyini ehtimal edib.

Merin sözlərinə görə, daşqın qurbanları arasında liviyalılarla yanaşı, Sudan və Misirdən olan onlarla miqrantın da meyiti tapılıb.

Bundan əvvəl Liviyada təbii fəlakətin nəticələrinin kosmosdan çəkilən görüntülərini paylaşmışdıq. Kadrlardan aydın olur ki, Derna şəhərini yerlə bir edən “Daniel” qasırğası səhrada göllərin və çay sistemlərinin yaranmasına səbəb olub.

Related posts

Aşura mərasiminin keçirilməsi üçün Kərbəlada 12 milyondan çox zəvvar iştirak edib

Türkiyənin şərqə yönəlmiş siyasəti Qərbin maraqlarına necə xidmət edir

Aşura Gününün Təhrif Edilməsi: 2025-ci ildə Yanlış Tarix, Mediada Sürü Psixologiyası və İmam Hüseynin Qiyamının Həqiqi Məğzi