Mina partlaması nəticəsində iki suriyalı uşaq həlak olub

QafqazTimes xəbər verir ki, Suriyanın şimal-şərqindəki Deyr əz-Zor əyalətində İŞİD terrorçularının qoyduqları minanın partlaması nəticəsində suriyalı iki uşaq ölüb və bir gənc yaralanıb.

SANA xəbər agentliyinin məlumatına görə, hadisə Deyr əz-Zor qəbiristanlığı ətrafında baş verib. Bu şəhər 2017-ci il noyabrın 3-də İŞİD terrorçularının işğalından azad edilib. Deyr əz-Zor vilayəti isə 14 fevral 2017-ci ildə Bağuz kəndinin azad edildi və beləliklə İŞİD-in Suriyadakı hökmranlığına son qoyuldu. Lakin terrorçulardan qalan minalar hələ də dinc insanların həyatını almaqdadır.

Digər tərəfdən, İŞİD-in kiçik dəstələr şəklində hücumları hələ də davam edir və buna misal olaraq qeyd etmək olar ki, cümə axşamı İŞİD terrorçuları Həma vilayətinin şərqindəki “İsriya” bölgəsində Suriya hərbi karvanına hücum etmişlər, bu hadisədə bir neçə suriyalı əsgəri şəhid olmuş, bəziləri isə yaralanmışdır.

Həma vilayətinin şərqindən Homs vilayətinin səhralarına qədər və “Tədmor” ərazisi İŞİD terrorçularının fəaliyyətinin əsas mərkəzləri hesab olunur və Suriya ordusu bu ərazidə dəfələrlə axtarış-təmizləmə əməliyyatları həyata keçirib. Bununla əlaqədar fevralın 17-də Suriya ordusunun xüsusi təyinatlıları Tədmor şəhərinə daxil olaraq Homs vilayətinin səhralarında təmizləmə əməliyyatlarına başlayıblar.

Related posts

General Amirlidə minlərlə insanı xilas etdi…

Əgər Şəhid Süleymani olmasaydı…

Onların baxışlarına aşiq idim!