Milli Məclisdə mübahisə: “Tərbiyəm buna imkan verməz”

Milli Məclisdə parlament üzvləri arasında mübahisə yaşanıb.

Neftçala rayonunun deputatı Sabir Rüstəmxanlı parlamentdə çıxışı zamanı “çox danışılsa da, ortaya iş qoyulmur, ciddi işsizlik problemi yaranıb” deməsinə, spiker Sahibə Qafarova etirazını bildirib.

“Siz elə danışırsınız ki, hər yer dağılır. Axı necə deyə bilərsiniz ki, iş görülmür. Burada ciddi qanun layihələri müzakirə edib və qəbul edilik. Məgər bu iş deyil. Mənim sizə hörmətim var, amma belə olmaz”, – spiker qeyd edib.

Rüstəmxanlı təkidlə söz almaq istəsə də, ona imkan verilməyib.

Spiker deputata xitabən “imkan verin, iclası davam etdirək” söyləyib:

“Mən hamıya hörmətlə yanaşıram. İndiyə kimi icazə verməmişəm ki, kiminsə sözünü təhrif edim. Buna mənim tərbiyəm də imkan verməz. Ailəmdə də belə tərbiyə almışam və kimsəyə hörmətsiz yanaşmıram. Məsələlərə belə yanaşma olmaz”, – o qeyd edib.

Related posts

Suriya bu həftə Türkiyə vasitəsilə Azərbaycan qazını almağa başlayacaq

Suriyalı və israilli nazirlər cümə axşamı Bakıda görüşəcək

İran tərəddüd edərkən, Azərbaycan və İsrail irəliləyir