Mikroavtobusun iştirakı ilə dəhşətli qəza – ANBAAN VİDEO

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. 

Qəzanın görüntüləri sosial şəbəkələrdə paylaşılıb. 

İlkin məlumata görə, hadisə ötən gecə Xəzər rayonu Mərdəkan qəsəbəsində qeydə alınıb. 

Qəza zamanı VAZ-2107 markalı avtomobil ilə mikroavtobus toqquşub. 

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəsmisi baş inspektor, polis mayoru Araz Əsgərli bildirib ki, qəzada VAZ-2107 markalı avtomobilin sürücüsü xəsarət alıb:

“Xəzər Rayon Polis İdarəsində faktla bağlı araşdırma aparılır. Ölüm faktı qeydə alınmayıb”.

Related posts

Suriya bu həftə Türkiyə vasitəsilə Azərbaycan qazını almağa başlayacaq

Suriyalı və israilli nazirlər cümə axşamı Bakıda görüşəcək

İran tərəddüd edərkən, Azərbaycan və İsrail irəliləyir