Mikayıl Cabbarov vəzifəsini xalası oğluna ötürdü

Noyabrın 20-də Azərbaycan Qılıncoynatma Federasiyasının ümumi yığıncağı keçirilib.
Toplantı Gənclər və İdman Nazirliyinin inzibati binasında baş tutub.
Tədbirdə gənclər və idman naziri Fərid Qayıbov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, Azərbaycan Qılıncoynatma Federasiyasının prezidenti Mikayıl Cabbarov, federasiyanın rəsmi şəxsləri və məşqçi heyəti iştirak edib.
Mikayıl Cabbarov çıxışının sonunda növbəti seçkilərdə namizədliyini irəli sürmədiyini açıqlayıb.
Sonra Azərbaycan Qılıncoynatma Federasiyasının prezidenti vəzifəsinə seçki keçirilib. İcraiyyə Komitəsinin üzvü Balaş Qasımov 4 il müddətinə Azərbaycan Qılıncoynatma Federasiyası prezidenti vəzifəsinə keçib.

Qeyd edək ki, Mikayıl Cabbarovun xalası oğlu Balakişi Qasımov eyni zamanda İctimai Televiziyanın baş direktorudur. Onun karierası Mikayıl Cabbarovla paralel olaraq yüksəlməyə başlıayıb.

Related posts

Demo+terror+kratiya

Rusiya və ABŞ arasında oyunun sonu

Qəzza Qəssabı dünyanı xilas edəcək?