Mik Uolles: BƏƏ və Səudiyyə Ərəbistanı Yəməndə soyqırım törətməkdə davam edir

QafqazTimes xəbər verir ki, Avropa Parlamentinin qanunvericisi Mik Uolles çərşənbə günü twitter-də İranın Brüsseldəki səfiri Qulamhüseyn Dehqani ilə müsahibədən bir parçanı paylaşıb.

Uolles audio faylın əvvəlində deyib: “Mən Yəmən haqqında danışmaq istəyirəm. Keçən həftə burada (Brüsseldə) bəzi Avropa ölkələrinin, Birləşmiş Ştatlar və İngiltərənin köməyi ilə Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri tərəfindən Yəməndə baş verən soyqırımı tənqid edərkən məni ittiham etdilər.”

O, İranın deyil, Səudiyyə koalisiyasının Yəmənə hücum etdiyini vurğulayaraq, deyib: “Məni İranı tənqid etməməkdə ittiham etdilər, çünki deyirlər ki, bu ölkə də eyni dərəcədə (Səudiyyə Ərəbistanı və BƏƏ kimi) problemin bir hissəsidir. Təbii ki, bildiyim qədər aydındır ki, İran ora (Yəmənə) hücum etməyib! Əvəzində Səudiyyə Ərəbistanı və BƏƏ hər gün oranı bombalayır. Burada (Brüsseldə) çoxdandır deyirlər ki, İran husiləri silahlandırır.”

Avropa Parlamentinin deputatı daha sonra Dehqanidən soruşur: “Cənab səfir, sizə sualım budur ki, İran bu gün husiləri silahlandırırmı? Əgər siz onları silahlandırırsınızsa, BƏƏ, Səudiyyə Ərəbistanı, İngiltərə və Fransanın Yəmənin ətrafındakı sulara və qonşu ölkələrə çox ciddi nəzarət etdiyini nəzərə alsaq, bunu necə etdiyinizi bilmək istərdim.”

Qulamhüseyn Dehqani cavabında deyib: “Husilərə silah verib, vermədiyimizi soruşdunuz. Bilirsiniz ki, Yəmən mühasirədədir. Biz onlara humanitar yardım göndərməyə dəfələrlə cəhd etmişik, hətta İrandan gəldiyini göstərən etiketi çıxara biləcəyinizi belə demişik.”

Related posts

Almaniya: Cövlan təpələrinin işğalı beynəlxalq qanun pozuntusudur

Colani üçün 10 milyon dollarlıq mükafat öz qüvvəsindədir

ABŞ: Qəzzədə atəşkəs zəruridir