Meyxanaçılar arasında qırğın var, deyişmə yox – (Video izlə)

Toy məclislərinin birində meyxanaçılar-Rəşad Dağlı və Rüfət Dahi arasında münaqişə yaşanıb.

İki söz ustadından başqa orada Balaəli Maştağalı, Ruslan Müşviqabad və digər meyxanaçılar da olub. Deyişmə zamanı qonaqlar Rəşadın təkrara yol verdiyini bildirərək etiraz ediblər. Meyxanaçı isə onların fikirləri ilə qəti şəkildə razılaşmayıb. Balaəli həmkarını müdafiə edərək xiridarlara qəzəblənib.

Daha sonra R. Dağlı və R. Dahi arasında gərginlik yaşanıb. Rəşad həmkarının bədiyyə meyxana yaratmaq istədiyini və onunla getdiyi məclislərdə belə problemlərin yarandığını dilə gətirib.

Lakin Rüfət Dağlının fikirlərinə qəzəblənərək illərdir bədiyyə yox, meyxana dediyini, təkəbbürün gərəksiz olduğunu söyləyib.

Related posts

Suriya bu həftə Türkiyə vasitəsilə Azərbaycan qazını almağa başlayacaq

Suriyalı və israilli nazirlər cümə axşamı Bakıda görüşəcək

İran tərəddüd edərkən, Azərbaycan və İsrail irəliləyir