Meyxanaçılar arasında əlbəyaxa dava- Baləlini döydülər (Video izlə)

Bakıda meyxanaçılar arasında dava düşüb.

Bakıxanov qəsəbəsində keçirilən toy məclislərinin birində söz ustaları arasında sərt deyişmə baş tutub. Rəşad Dağlı və Aydın Lökbatanlı bir-birini aşağılayan ifadələr işlədiblər. Meyxanaçı Baləli isə hətta təhqirə keçib.
Toydan sonra restoranın dəhlizində tanınmış meyxanaçı Rəşad Dağlı ilə Aydın Lökbatanlı arasında mübahisə düşüb. Meyxanaçı Baləli də Rəşad Dağlını müdafiə etmək istəyib. Bu vaxt Aydın onu döyüb. Rəşad isə ondan ötrü döyülən Baləlinin müdafiə etməyib, hadisə yerindən uzaqlaşıb.

Meyxanaçılar arasında yenidən davanın olacağı bildirilir.

Qeyd edək ki, uzun müddətdir, Rəşadla Aydın arasında problem yaşanır.

Məlumata görə, Rəşad Aydının çağırıldığı məclislərdə iştirak etmir. Bu toya isə Aydının gəlişindən xəbərsiz gedib.

Mübahisəyə səbəb olan həmin deyişməni təqdim edirik:

Related posts

Qusarçayın üzərindəki körpü BAĞLANDI – FOTO/VİDEO

Bakıda həbsxanada ölüm baş verib

Bakının mərkəzində kişinin başı kəsildi – Hadisə yerindən GÖRÜNTÜLƏR – VİDEO