Metroda ucadan telefonla danışdığı üçün qadını bıçaqladı – FOTO

Rusiyanın Moskva metrosunda qadın sərnişin telefonla ucadan danışdığı üçün digər qadının üzünə bıçaqla xəsarət yetirib.

Bu barədə ölkənin Daxili İşlər Nazirliyinin Moskva Baş İdarəsinin mətbuat xidmətindən məlumat verilib.

Qeyd edilir ki, insident “Qovorovo” və “Minskaya” stansiyaları arasında hərəkət edən qatarın vaqonunda baş verib. Telefonla yüksək səslə danışıq üstündə iki qadın arasında mübahisə yaranıb.

“50 yaşlı cinayətkar 36 yaşlı qadına hədə-qorxu gələrək, onun üzünə bıçaqla xəsarət yetirib”, – deyə bildirilib. Daha sonra şübhəli vaqondan düşərək qaçıb.

Zərərçəkmiş digər stansiyada düşüb, bundan sonra kömək üçün polisə müraciət edib.

Şübhəli şəxs metronun “Oktyabrskoye Pole” stansiyasında saxlanılıb. 50 yaşlı qadından turist bıçağı götürülüb. Onun barəsində cinayət işi başlanıb, barəsində həbs qətimkan tədbiri seçilib.

Related posts

Aşura mərasiminin keçirilməsi üçün Kərbəlada 12 milyondan çox zəvvar iştirak edib

Türkiyənin şərqə yönəlmiş siyasəti Qərbin maraqlarına necə xidmət edir

Aşura Gününün Təhrif Edilməsi: 2025-ci ildə Yanlış Tarix, Mediada Sürü Psixologiyası və İmam Hüseynin Qiyamının Həqiqi Məğzi