Messiyə fantastik təklif – 1,2 milyard avro

Lionel Messi “Əl-Hilal”a keçməyə yaxındır.

PSJ-nin hücumçusu “Barselona” ilə Səudiyyə Ərəbistanı klubu arasında seçim edir və hazırda getdikcə ikinci varianta meyl edir.

Belə ki, Ər-Riyad komandası argentinalıya 1,2 milyard avro dəyərində iki illik müqavilə təklif edib.

İllik 600 milyon avro maaşla Messi ən çox məvacib alan idmançı olacaq. Lioneli təmsil edən atası və qardaşı isə futbol tarixinin ən böyük komissiyasını alacaqlar.

Artıq Messinin təklifi qəbul etdiyi iddia edilir.

Related posts

Aşura mərasiminin keçirilməsi üçün Kərbəlada 12 milyondan çox zəvvar iştirak edib

Türkiyənin şərqə yönəlmiş siyasəti Qərbin maraqlarına necə xidmət edir

Aşura Gününün Təhrif Edilməsi: 2025-ci ildə Yanlış Tarix, Mediada Sürü Psixologiyası və İmam Hüseynin Qiyamının Həqiqi Məğzi