Messini qucaqlayan azarkeşin cəzası məlum oldu – 12 ay (Video izlə)

Pekində Argentina və Avstraliya yığmaları arasında keçirilən yoldaşlıq oyunu zamanı meydançaya qaçan və Lionel Messini qucaqlayan çinli azarkeş 12 ay müddətinə stadionlardan kənarlaşdırılıb.

Di adlı 18 yaşlı fanat törətdiyi əmələ görə inzibati həbs cəzası alıb. Pekin polisi onun nə qədər həbsdə qalacağını dəqiqləşdirməsə də, azarkeşin davranışına görə üzr istədiyini və cəzanı qəbul etdiyini bildirib.

Xatırladaq ki, hadisə iyunun 15-də baş verib. Messinin Argentina millisindəki formasını geyinən azarkeş meydançaya qaçaraq dərhal kumirini qucaqlayıb. Bundan sonra o, təhlükəsizlik əməkdaşları tərəfindən tutulub və stadiondan çıxarılıb. Görüş Argentina millisinin 2:0 hesablı qələbəsi ilə başa çatıb. Qolları Messi və Herman Pessella vurublar.

Related posts

Aşura mərasiminin keçirilməsi üçün Kərbəlada 12 milyondan çox zəvvar iştirak edib

Türkiyənin şərqə yönəlmiş siyasəti Qərbin maraqlarına necə xidmət edir

Aşura Gününün Təhrif Edilməsi: 2025-ci ildə Yanlış Tarix, Mediada Sürü Psixologiyası və İmam Hüseynin Qiyamının Həqiqi Məğzi