Messi yaxın ailə üzvünün toyuna getməyib- SƏBƏB

“İnter Mayami”nin hücumçusu Lionel Messi həyat yoldaşının bacısı Antonella Rokussonun nikah mərasiminə qatılmayıb.

Nikah mərasimi Argentinanın Rosario şəhərində baş tutub. Mərasimlə bağlı məlumatlar gizli saxlanılsa da, geniş təhlükəsizlik tədbirləri qonşuların diqqətini cəlb edib və onlar kilsənin ətrafına toplaşmağa başlayıblar. Tezliklə onlar tədbirin kimin toy mərasimi ola biləcəyini başa düşüblər və Messini görmək ümidi artmağa başlayıb.

Lakin Messinin özü təhlükəsizlik səbəbi ilə mərasimdə iştirak etməyib. Daha sonra Argentina millisinin kapitanı nikahın ikinci hissəsindəki şənliyə qatılıb.

Related posts

21avqustun Hafiz falı (Falın qaydası: Hafiz Şirazinin ruhuna salavat göndərib, falı oxuyun)

18 avqustun Hafiz falı (Falın qaydası: Hafiz Şirazinin ruhuna salavat göndərib, falı oxuyun)

17 avqustun Hafiz falı (Falın qaydası: Hafiz Şirazinin ruhuna salavat göndərib, falı oxuyun)