PSJ-nin və Argentina millisinin hücumçusu Lionel Messi 2022-ci ildə keçirilən dünya çempionatının qalibi olan yığmadakı komanda yoldaşlarına bahalı hədiyyə edib.
35 yaşlı oyunçu onlara qızıl örtüklü telefonlar bağışlayıb. 24 karatlıq qızıl çəkilmiş cihazların üzərində oyunçunun adı, nömrəsi və Argentina millisinin loqosu həkk olunub.
Belə telefonların ümumi sayı 35 olub. Messi 35 telefon üçün 157 min funt sterlinq (təxminən 358 min manat) xərcə düşüb.
Xatırladaq ki, Argentina millisi Qətərdə keçirilən DÇ-2022-nin finalında Fransaya qalib gələrək, dünyanın ən güclüsü olub.