Medvedev Almaniyanın xarici işlər nazirini “faydalı axmaq” adlandırdı – FOTO

Dmitri Medvedev Almaniyanın xarici işlər naziri Annalena Berboku “faydalı axmaq” adlandırıb.

Bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Almaniya XİN rəhbərinin “Rusiya ilə müharibə” haqqında sözlərini şərh edərkən yazıb.

“Yaxşı ifadədir: “Biz bir-birimizə qarşı yox, Rusiyaya qarşı vuruşuruq”. Almaniyanın xarici işlər nazirinin belə mütləq və faydalı axmaq olması gözəl deyilmi?”, – Medvedev yazıb.

Bundan əvvəl Avropa Şurası Parlament Assambleyasının iclasında Berbok müttəfiqləri Ukraynaya tankların tədarükü ilə bağlı bir-biri ilə mübahisəni dayandırmağa çağırıb. “Biz bir-birimizə yox, Rusiyaya qarşı müharibə edirik”, – deyə o, bəyan edib dedi. Nazir Ukraynanın müdafiəsi üçün daha çox şey etməyə və bunu birlikdə etməyə çağırıb.

Related posts

Aşura mərasiminin keçirilməsi üçün Kərbəlada 12 milyondan çox zəvvar iştirak edib

Türkiyənin şərqə yönəlmiş siyasəti Qərbin maraqlarına necə xidmət edir

Aşura Gününün Təhrif Edilməsi: 2025-ci ildə Yanlış Tarix, Mediada Sürü Psixologiyası və İmam Hüseynin Qiyamının Həqiqi Məğzi