Mavritaniya sionist rejim himayədarlarını münasibətləri kəsməyə dəvət edir

Mavritaniya sionist rejim himayədarlarını münasibətləri kəsməyə dəvət edir

Mərakeş və Mavritaniya vətəndaşları anti-sionist aksiyalar keçirərək ölkə hakimiyyəti və xalqını sionist rejimlə bütün əlaqələri kəsməyə çağırıb.

Qafqaztimesin xarici medialara istinadən verdiyi məlumata əsasən, Mərakeş xalqı 73 həftədir ki, sionist rejim əleyhinə aksiyalar keçirir və bu gün də (26 aprel) mərakeşlilər ölkənin 66 şəhərində keçirdikləri aksiyalarda “Qəzzə fəryad edir” şüarı altında bütün dövlətləri və xalqları işğalçı İsraillə əlaqələrin kəsilməsinə dəvət ediblər.

Məlumata görə Dar əl-Bayda (paytaxtdan sonra ikinci ən böyük şəhər), Anzak (cənub), Oujda (şərq), Meknes, Qala əs-Saraqna, Tangier və Tetouan (şimal) şəhərlərində keçirilən nümayişlərdə sionist hərbçilərin Qəzza zolağında soyqırımı pislənilib.

Mərakeş vətəndaşları əllərində Fələstin bayraqları və Əl-Əqsa məscidinin fotoşəkilləri ilə Fələstin müqavimətinə dəstək şüarları səsləndiriblər.

Related posts

Qəzza onun kompası kimi, Yəmən dəniz müharibəsinin qaydalarını yenidən yazır

Sənanı sındırmaq: ABŞ-İsrailin Yəmənə qarşı kiber müharibəsi

Lavrov Suriya prezidentini Rusiya–Ərəb sammitində iştirak etməyə dəvət edib