Mask yeni robotunun yumurta ilə mükəmməl davranışını nümayiş etdirdi (Video izlə)

Amerikalı milyarder İlon Mask insanlara kömək etmək üçün müxtəlif tapşırıqları yerinə yetirə biləcək humanoid (insanabənzər) robotunun növbəti nəsli – “Optimus Gen 2”ni təqdim edib.

Robotun yeni versiyası “Tesla” tərəfindən hazırlanmış sensorlarla təchiz edilib. O, əvvəlki versiyasından 30% daha sürətli yeriyə bilir, həmçinin çəkisi 10 kq-a yaxın azalıb.

İnsanabənzər robotun ən çətin hissələrindən biri də qollardır. Onlar ağır yükləri daşımaq üçün kifayət qədər güclü, eyni zamanda kövrək obyektləri idarə etmək üçün kifayət qədər dəqiq olmalıdırlar. “Optimus Gen 2”nin də bütün barmaqları taktil (toxunma) hissinə malikdir. Bunu kadrlarda humanoidin yumurta ilə bağlı hərəkətlərində görmək olur.

“Tesla” şirkəti yaxın vaxtlarda robotu öz istehsalat əməliyyatlarında istifadə etməyə başlamağı planlaşdırdığını bildirib. Faydalı olduğu sübut edildikdən sonra robotun satışına başlanması planlaşdırılır.

Xatırladaq ki, robot ilk dəfə 2021-ci ilin avqustunda “Tesla” tərəfindən təqdim edilib. Cihazın yaradılmasının əsas məqsədi ağır əşyaların daşınması və ya ərzaq alış-verişi kimi adi, yaxud da potensial təhlükəli işləri yerinə yetirməkdir.

Related posts

21avqustun Hafiz falı (Falın qaydası: Hafiz Şirazinin ruhuna salavat göndərib, falı oxuyun)

18 avqustun Hafiz falı (Falın qaydası: Hafiz Şirazinin ruhuna salavat göndərib, falı oxuyun)

17 avqustun Hafiz falı (Falın qaydası: Hafiz Şirazinin ruhuna salavat göndərib, falı oxuyun)

1 şərh

Register here and get a bonus Dekabr 15, 2023 - 3:16 axşam

The Brand New Technology For Those Who Want To Be Incredibly Rich https://vipreg.pages.dev

Add Comment