Mask Qəzza müharibəsi ilə bağlı reklam gəlirlərini hara yönləndirəcəyini açıqladı – FOTO

Amerikalı milyarder İlon Mask “X” sosial şəbəkəsindən əldə etdiyi gəlirin bir hissəsini xəstəxanalara və fələstinlilərə tibbi yardım göstərən beynəlxalq humanitar təşkilata yönəldəcəyini açıqlayıb.

Bu barədə o, özünün sosial şəbəkə hesabından elan edib.

“X” korporasiyası Qəzza müharibəsi ilə bağlı bütün reklam və abunə gəlirlərini İsraildəki xəstəxanalara və Qəzzadakı Qızıl Xaç/Aypara Cəmiyyətinə bağışlayacaq”, – deyə Mask bildirib.

Milyarder onların necə xərclənəcəyinə nəzarət edəcəyini də vurğulayıb.

Related posts

Aşura mərasiminin keçirilməsi üçün Kərbəlada 12 milyondan çox zəvvar iştirak edib

Türkiyənin şərqə yönəlmiş siyasəti Qərbin maraqlarına necə xidmət edir

Aşura Gününün Təhrif Edilməsi: 2025-ci ildə Yanlış Tarix, Mediada Sürü Psixologiyası və İmam Hüseynin Qiyamının Həqiqi Məğzi