Mask Obamanı “taxtından devirdi” – FOTO

Amerikalı milyarder və Tesla şirkətinin rəhbəri İlon Maskın hesabı “Twitter” sosial şəbəkəsində ən çox oxunan hesab olub. Biznesmen abunəçilərinin sayına görə, bu günə kimi ən çox izləyicisi olan ABŞ-ın keçmiş prezidenti Barak Obamanı ötüb.

Hazırda milyarderin 133 087 995, Obamanın isə 133 042 346 abunəçisi var. İzləyicilərinin sayı sosial şəbəkə hesablarının hər birinin əsas səhifəsində göstərilib.

Mediada bu Elon Maskın Obamanı “Twitter”də  “taxtdan salma”sı kimi qiymətləndirilib.

Qeyd edək ki, Mask öz hesabından daha çox “Twitter”də baş verən müxtəlif dəyişiklikləri bildirmək üçün istifadə edir. O, həmçinin ABŞ-nin keçmiş prezidenti Donald Trampın platformaya qayıdışı və özünün “Twitter”in baş direktoru vəzifəsindən istefa verib-verməməsi kimi bəzi böyük qərarlar barədə də izləyiciləri arasında sorğu keçirir.

Obama isə öz səhifəsindən əsasən tədbirləri, xeyriyyə aksiyalarını elan etmək və ya prezident olduğu dövrün xatirələrini dərc etmək üçün istifadə edir.

Related posts

Aşura mərasiminin keçirilməsi üçün Kərbəlada 12 milyondan çox zəvvar iştirak edib

Türkiyənin şərqə yönəlmiş siyasəti Qərbin maraqlarına necə xidmət edir

Aşura Gününün Təhrif Edilməsi: 2025-ci ildə Yanlış Tarix, Mediada Sürü Psixologiyası və İmam Hüseynin Qiyamının Həqiqi Məğzi