Mask canlı yayımda “cəhənnəm kraliçası”nın planını ifşa edəcək – FOTO

“Tesla” və “Space X” şirkətlərinin qurucusu İlon Mask canlı yayımda video oyun oynayacaq.

Amerikalı milyarder bu barədə özünün “X” hesabında açıqlama verib.

“İnsanlar məndən video oyunları necə oynadığımı göstərməyimi istəyirlər. Mən də “Diablo 4”də (bədxassəli ürəklərdən istifadə etmədən) 99-cu səviyyəli “Nightmare”  yeraltı dünyasından keçməyi sınayacağam”, – deyə Mask elan edib.

Mask yeraltı dünyanı tez zamanda tamamlamağa çalışacağına söz verib, lakin bildirib ki, heç kim ondan  dünya rekordu qıracağını gözləməsin.

Milyarderin açıqlamasından o da məlum olub ki, elan edilmiş performans “X”də canlı yayım funksiyasını sınaqdan keçirmək üçün də lazımdır.

“Diablo 4” – “Blizzard Entertainment” tərəfindən hazırlanmış “RPG-action” janrında oyundur. Oyunçular mələk və şeytani mahiyyətləri birləşdirən nefalemlərdən birinin rolunu götürməli və “cəhənnəm kraliçası Lilit”in məkrli planını ifşa etməlidirlər.

Related posts

Aşura mərasiminin keçirilməsi üçün Kərbəlada 12 milyondan çox zəvvar iştirak edib

Türkiyənin şərqə yönəlmiş siyasəti Qərbin maraqlarına necə xidmət edir

Aşura Gününün Təhrif Edilməsi: 2025-ci ildə Yanlış Tarix, Mediada Sürü Psixologiyası və İmam Hüseynin Qiyamının Həqiqi Məğzi