“Marvel”in çəkiliş meydançasında faciə: Komanda üzvlərindən biri öldü – FOTO

“Marvel”in “Wonder Man” serialının çəkiliş meydançasında faciə baş verib. Belə ki, çəkiliş komandasının üzvlərindən biri həlak olub.

Bu barədə şirkətin nümayəndələri xəbər veriblər.

Məlumata görə, 41 yaşlı Xuan Karlos Osario dekorasiyanın hazırlanması zamanı platformadan yıxılıb.

Hadisənin başvermə şəraiti araşdırılır.

Qeyd edək ki, “Wonder Man” “Toni Stark”ın rəqibinin oğlu “Saymon Uilyams”a həsr olunub. Komikslərdə “Uillyams” baron “Zemo” ilə birləşir, inanılmaz güc qazanır və əvvəlcə qisasçılara qarşı vuruşur, lakin sonradan onların tərəfinə keçir. Filmin adaptasiyasının süjeti haqqında hələ ki, məlumat yoxdur.

“Uilyams” rolunu II Yəhya Abdul-Matin (“The Matrix: Resurrection”, “Aquamen”) oynayacaq.

Serial üzərində “Shang-Chi and the Legend of the Ten Rings”nin rejissoru Destin Daniel Kretton və “Brooklyn Nine-Nine” ssenaristi Endryu Hess işləyir.

“Wonder Man”ın çəkilişlərinin martda başlaması planlaşdırılıb.

Related posts

Aşura mərasiminin keçirilməsi üçün Kərbəlada 12 milyondan çox zəvvar iştirak edib

Türkiyənin şərqə yönəlmiş siyasəti Qərbin maraqlarına necə xidmət edir

Aşura Gününün Təhrif Edilməsi: 2025-ci ildə Yanlış Tarix, Mediada Sürü Psixologiyası və İmam Hüseynin Qiyamının Həqiqi Məğzi