Marsın görüntüləri ilk dəfə canlı yayımlandı (Video izlə)

Marsın görüntüləri ilk dəfə olaraq canlı yayımlanıb. Real vaxt rejimində fotoşəkillər “Mars Express” zondu tərəfindən çəkilib.

Marsın çəkilişlərinin canlı yayımını Avropa Kosmik Agentliyi həyata keçirib. Avropa zondu “Mars Express” 2003-cü ilin iyununda Baykonur Kosmodromundan buraxılıb və 3 dekabr 2003-cü ildə Marsa çatıb. Tədqiqatçılar cihazı bir neçə aydır hazırlayırlar. İndi o, Marsın səthindən 17,5 min km yüksəklikdədir.

Ümumi yayım vaxtı təxminən bir saat çəkib. Marsın fotoşəkilləri təxminən hər 50 saniyədən bir dəyişib. Planetin görüntüləri 17 dəqiqəlik gecikmə ilə Yerə çatıb.

Bu vaxt Marsdan Yerə qədər olan 287 milyon mildən çox məsafəni qət etmək üçün lazım olub.

Related posts

Aşura mərasiminin keçirilməsi üçün Kərbəlada 12 milyondan çox zəvvar iştirak edib

Türkiyənin şərqə yönəlmiş siyasəti Qərbin maraqlarına necə xidmət edir

Aşura Gününün Təhrif Edilməsi: 2025-ci ildə Yanlış Tarix, Mediada Sürü Psixologiyası və İmam Hüseynin Qiyamının Həqiqi Məğzi